Əsas Səhifə > Gənclər > "Stress və onunla mübarizə" mövzusunda təlim keçirilib

"Stress və onunla mübarizə" mövzusunda təlim keçirilib


19-04-2022, 18:47


"Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Qazax Rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbində "Stress və onunla mübarizə" mövzusunda təlim keçirilib.

Tədbirdən öncə "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin dərnək rəhbərləri Aytən Vəlizadə və Mehriban Carçıyeva çıxış edərək, şagirdlərə Gənclər evində fəaliyyət göstərən kurslar, dərnəklər və klublar haqqında məlumat veriblər.

Daha sonra Qazax Gənclər Evinin psixoloqu Fatma Rəhimova tədbir iştirakçılarını salamlayıb, tədbirin keçirilməsində əsas məqsədin şagirdlərdə imtahan qabağı həyəcan, stress hallarını müəyyənləşdirmək və bununla əlaqədar onlara dəstək göstərməkdən ibarət olduğunu qeyd edib. F.Rəhimova şagirdlərə stress, stresin bioloji və psixoloji təsirləri, eləcə də stresi idarə etmə yolları haqqında məlumat verib.

Sonda şagirdlərin imtahan həyəcanı səviyyəsini öyrənmək üçün diaqnostik test keçirilib və şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.




GOYEZEN.AZ


Geri qayıt