Əsas Səhifə > Gənclər > "Vətəni tanı" layihəsi çərçivəsində gənclər "Damcılı" tarix-mədəniyyət qoruğuna səfər ediblər

"Vətəni tanı" layihəsi çərçivəsində gənclər "Damcılı" tarix-mədəniyyət qoruğuna səfər ediblər


18-04-2022, 18:06


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Vətəni tanı" layihəsi çərçivəsində gənclər "Damcılı" tarix-mədəniyyət qoruğuna səfər ediblər.

Burada 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən təşkil olunan "Açıq qapı" günü çərçivəsində gənclərə tarixi abidələrimiz barədə məlumat verilib, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri ilə tanış olublar.





 

GOYEZEN.AZ


Geri qayıt