Əsas Səhifə > Gənclər > "Erkən nikahın qarşısının alınması” mövzusunda təlim keçirilib

"Erkən nikahın qarşısının alınması” mövzusunda təlim keçirilib


15-04-2022, 15:47


Aprelin 15-də "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Qazax Rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbdə "Erkən nikahın qarşısının alınması” mövzusunda təlim keçirilib.

Qazax Gənclər Evinin psixoloqu Fatma Rəhimova tədbir iştirakçılarını salamlayıb, tədbirin məqsədi və əhəmiyyəti barədə şagirdlərə məlumat verib. F.Rəhimova erkən nikahların ailədə və cəmiyyətdə törətdiyi fəsadlardan danışaraq bu halların əsasən körpə və ana ölümü sayının çoxalmasına, qızların təhsil imkanlarının azalmasına, onların cəmiyyətdən təcrid olunmasına, daha çox fiziki zorakılığa məruz qalmasına səbəb olduğunu şagirdlərin diqqətinə çatdırıb. Bu cür halların qarşısının alınması üçün mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.

Məktəb direktoru Mahirə Abbasova məktəblilərlə erkən nikahın fəsadları mövzusunda keçirilən maarifləndirici tədbirə görə minnətdarlığını bildirib, bu cür tədbirlərin mütəmadi təşkil olunmasının vacibliyini vurğulayıb.



 
GOYEZEN.AZ

Geri qayıt