Əsas Səhifə > Gənclər > "Bərabər hüquqlarımız" layihəsi davam edir

"Bərabər hüquqlarımız" layihəsi davam edir


10-04-2022, 12:28


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Bərabər hüquqlarımız" layihəsi davam edir.  

Layihə çərçivəsində növbəti təlim qadın haqları üzrə hüquqşünas Vəfa Rüstəmin təqdimatında "Qadınların insan hüquqlarının müdafiəsinə əngəl törədən amillər" mövzusunda reallaşıb. 

Təlim aşağıdakı başlıqları əhatə edib:

 - Qadın haqları və hüquqları;

 - Gender, yoxsa cins? ;

 - Gender anlayışı; 

 - Hakimiyyət nədir?;

 - Sığınacaqlar və s. 

Təlimdə gənclərə verilən fərdi işlər üzərindən maraqlı müzakirələr həyata keçirilib, müxtəlif əyləncəli tapşırıqlar edilib.







 

GOYEZEN.AZ


Geri qayıt