Əsas Səhifə > Gənclər > BDU-nun Qazax filialında "Nə? Harada? Nə zaman?" formatında bilik yarışı olub

BDU-nun Qazax filialında "Nə? Harada? Nə zaman?" formatında bilik yarışı olub


8-04-2022, 14:45


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "İntellektual oyunlar klubu" və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialında tələbələr arasında intellektual yarış keçirilib. 

"Nə? Harada? Nə zaman?" formatında reallaşan bilik yarışında 5 komandanın heyətində 22 gənc iştirak edib.

Yekun nəticələrə əsasən "Birləşmiş cəbhə" komandası yarışın qalibi olub. "Phobia" və "Xəmsə" komandaları isə müvafiq olaraq II və III pillədə qərarlaşıblar. Qalib və mükafatçılar diplomla təltif olunublar.



 

GOYEZEN.AZ


Geri qayıt