Əsas Səhifə > Gənclər > “Zəfər kuboku” intellektual turniri layihəsi çərçivəsində intellektual yarışlara start verilib
“Zəfər kuboku” intellektual turniri layihəsi çərçivəsində intellektual yarışlara start verilib9-03-2022, 19:40 |
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Zəfər kuboku” intellektual turniri layihəsi çərçivəsində intellektual yarışlara start verilib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin tərəfdaşlığı ilə Qazax Gənclər Evində keçirilən yarışın ilk günündə "A” qrupunun oyunları baş tutub. "Nə? Harada? Nə zaman?” formatı üzrə təşkil olunan yarışda 23 komandanın heyətində 115 nəfər şagird və tələbə mübarizə aparıb. Səsləndirilən 20 suala ən çox doğru cavab verən 7 komanda - "Scorpions” (BDU Qazax filialı), "Qarabağ” (Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəb), "Team-108” (Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəb), "Sirius” (Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəb), "Mono” (BDU Qazax filialı), "Ulduz” (Ayın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb) və "Effort” (müstəqil) - 11 martda təşkil olunacaq yarımfinal mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, sabah "B” qrupunun oyunları keçiriləcək.Layihə 01 may 2022-ci il tarixdə yekunlaşacaq.
GOYEZEN.AZ Geri qayıt |