Əsas Səhifə > Gənclər > Növbəti təlim "Xarakter və xarakterin növləri" mövzusunda reallaşıb
Növbəti təlim "Xarakter və xarakterin növləri" mövzusunda reallaşıb10-02-2022, 19:12 |
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən "Şəxsi inkişaf" təlimləri davam edir. Növbəti təlim Bakı Dövlət Universitetinin Qazax filialının psixologiya müəllimi Gülnar Abdullayevanın təqdimatında "Xarakter və xarakterin növləri" mövzusunda reallaşıb.
Təlim aşağıdakı başlıqları əhatə edib: Xarakter haqqında anlayış; Xarakter əlamətlərinin aksentuasiyası və psixologiya; Xarakter və insanın zahiri görkəmi; Xarakterin quruluşu və əlamətləri; Xarakterin tipik və fərdi əlamətləri; Xarakter və temperament və s. Diskussiya şəraitində keçən təlimdə gənclərin sualları cavablandırılıb, eləcə də müxtəlif enercayzerlər oynanılıb.
GOYEZEN.AZ Geri qayıt |