Əsas Səhifə > Gənclər > Gənclər üçün təşkil olunan "Şəxsi inkişaf təlimləri" davam edir
Gənclər üçün təşkil olunan "Şəxsi inkişaf təlimləri" davam edir25-01-2022, 09:54 |
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Şəxsi inkişaf təlimləri" davam edir. CAVAN Gənclər Hərəkatının Proqram meneceri, "İxtisasçı" təhsil platformasının rəhbəri Elşən Qəhrəmanovun təqdimatında reallaşan "KomplekSizsiniz" adlı budəfəki onlayn təlim aşağıdakı başlıqları əhatə edib: Kompleks nədir?; Komplekslər necə yaranır?; Kompleksləri aradan qaldırmağın yolları; Dismorfofobiya. Diskussiya şəraitində keçən təlimdə gənclərin sualları cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |