Əsas Səhifə > Gənclər > Gənclər bu dəfə görkəmli yazıçı Əzizə Cəfərzadənin "Eşq sultanı" əsərini müzakirə ediblər

Gənclər bu dəfə görkəmli yazıçı Əzizə Cəfərzadənin "Eşq sultanı" əsərini müzakirə ediblər


17-01-2022, 23:15


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kitab klubu"nun növbəti onlayn görüşü keçirilib.

Gənclər görüşdə görkəmli yazıçı Əzizə Cəfərzadənin sonuncu romanı olan "Eşq sultanı" əsərini müzakirə ediblər. Özünəməxsus yazı tərzi və orijinal cizgilərlə işlənmiş bu romanda Füzulinin ömür yolunun ən mühüm məqamları bədiiləşdirilmişdir. 

Yazıçının digər əsərləri kimi, "Eşq sultanı" romanı da dövrün etnoqrafik çalarlarını əks etdirən fakt və hadisələrlə zəngindir.





 

GOYEZEN.AZ


Geri qayıt