Əsas Səhifə > Gənclər > "Uğurunu paylaş" layihəsinin növbəti görüşü keçirilib

"Uğurunu paylaş" layihəsinin növbəti görüşü keçirilib


28-12-2021, 10:43


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Uğurunu paylaş" layihəsinin növbəti görüşü keçirilib.

Görüşün qonağı "Asan Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova olub. Qonağımız görüşdə könüllülüyün faydaları, şəxsi inkişafa verdiyi töhfələr barədə danışıb, bu sahədəki təcrübələrini bölüşüb. Eləcə də Emiliya xanım gəncin kadr kimi yetişməsində, kommunikasiya əlaqələrinin qurulmasında, təhsil həyatında bir sıra uğurlar qazanılmasında könüllülük fəaliyyətinin mühüm rol oynadığını vurğulayıb. Diskussiya şəraitində keçən görüşdə gənclərin sualları cavablandırılıb.




GOYEZEN.AZ


Geri qayıt