Əsas Səhifə > Gənclər > "ƏdiblərimİZ" layihəsi çərçivəsində gənclərin növbəti görüşü keçirilib

"ƏdiblərimİZ" layihəsi çərçivəsində gənclərin növbəti görüşü keçirilib


23-12-2021, 19:14


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "ƏdiblərimİZ" layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının üzvü, Prezident təqaüdçüsü Mübariz Qaragözlü ilə gənclərin görüşü keçirilib.

Ədəbiyyat Muzeyində reallaşan görüşdə qonağımız iştirakçılara həyat və yaradıcılığı barədə məlumat verib, bir neçə şeirini səsləndirib.

Daha sonra müasir ədəbi proseslər, gənclərin ədəbiyyata marağı və mütaliənin vacibliyi haqqında diskussiya aparılıb. Gəncləri maraqlandıran suallar cavablandırılıb.




 

GOYEZEN.AZ


Geri qayıt