Əsas Səhifə > Gənclər > "Mənim peşəm, mənim gələcəyimdir" layihəsinə start verilib

"Mənim peşəm, mənim gələcəyimdir" layihəsinə start verilib


22-12-2021, 15:37


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Mənim peşəm, mənim gələcəyimdir" layihəsinə start verilib.

Layihə çərçivəsində gənclər Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli  tam orta məktəbdə təşkil olunmuş "Peşə Təmayüllü Siniflər"lə tanış olublar.

Qrup rəhbəri Fatma Fərzəliyeva məktəbdə İKT və dərzi profilləri üzrə siniflərin təşkil olunduğunu bildirib. Burada ümumi orta təhsil bazasında təhsilalanların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsinə, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə çalışılır. 

Görüş zamanı ortaq sosial layihələrin icrası perspektivləri müzakirə olunaraq Mərkəzlə "Peşə Təmayüllü Siniflər"in əməkdaşlığının əsası qoyulub.








 

GOYEZEN.AZ


Geri qayıt