Əsas Səhifə > Gənclər > "Ulu Öndər və GəncliyimİZ" layihəsi çərçivəsində millət vəkili Səməd Seyidov qazaxlı gənclərlə görüşüb

"Ulu Öndər və GəncliyimİZ" layihəsi çərçivəsində millət vəkili Səməd Seyidov qazaxlı gənclərlə görüşüb


12-12-2021, 19:31


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Ulu Öndər və GəncliyimİZ" layihəsi çərçivəsində 107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüş təşkil olunub.

Videoformatda keçirilən görüş Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinə həsr olunub.

 

Millət vəkili Səməd Seyidov giriş sözü ilə çıxış edərək görüş iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, Ulu Öndərin hakimiyyətə ikinci gəlişindən sonra Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi və gənclər siyasətinin qanunvericilik bazasının formalaşdırılması dahi liderin gənclərə qayğısının əyani təzahürü idi. Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. 

Səməd Seyidov görüşdə qazaxlı gənclərin çoxsaylı suallarını cavablandırıb. Rayon gənclərinin ictimai fəallığının artırılması və gənclər tərəfindən irəli sürülən ideya və təkliflər müzakirə olunub.

 




 

GOYEZEN.AZ


Geri qayıt