Əsas Səhifə > Gənclər > Qazaxda “Ağ ölümə yox deyək!” başlığı altında növbəti maarifləndirici tədbir keçirilib
Qazaxda “Ağ ölümə yox deyək!” başlığı altında növbəti maarifləndirici tədbir keçirilib7-12-2021, 19:52 |
Dekabrın 7-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə gənclər arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması məqsədilə "Ağ ölümə yox deyək!” başlığı altında tədbir keçirilib. Qazax Gənclər Evində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq keçirilən tədbirdə narkomaniyanın fəsadları, cəmiyyətə vurduğu zərərlər barədə gənclərə geniş məlumat verilib. Narkotiklərlə mübarizə sahəsində ölkədə görülən işlər, polis əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri məqsədyönlü tədbirlər və onların nəticələri barədə danışılıb, narkotiklərin cəmiyyətin gələcəyi üçün çox böyük təhlükə doğurduğu diqqətə çatdırılıb. Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. V.Nəbiyev qeyd edib ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. Narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Respublika Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq olunub ki, bu sahədə atılan uğurlu addımlardan biridir. V.Nəbiyev bildirib ki, son illər rayonda narkotik vasitələrə qarşı mübarizə xeyli gücləndirilib, dövlət orqanlarının bu sahədə fəallığı artırılıb və bu bəlaya qarşı xeyli sayda tədbirlər həyata keçirilib. Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Qazax Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqov və Kollecin tələbəsi Sima Mansurova mövzu ətrafında genş çıxış ediblər. Ölkəmizin gələcəyi olan gənclərin sağlam düşüncəli insan olaraq yetişməsi üçün onları zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb, narkomaniyanın fəsadlarını özündə əks etdirən filim nümayiş etdirilib.
GOYEZEN.AZ Geri qayıt |