Əsas Səhifə > Gənclər > Qazaxda 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Qazaxda 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib


1-12-2021, 17:23


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Sağlam Ol!" layihəsi çərçivəsində 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı maarifləndirici görüş təşkil edilib.

Görüşdə Qazax Rayon Mərkəzi Xəstəxanasının həkim-laborantı Kəmalə Şıxlinskaya Qazanılmış İmmun Çatışmazlığı Sindromununun tarixi, HİV-dən qorunma yolları haqqında ətraflı söhbət aparıb. Daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb. 

1988-ci ildə dünya ölkələri səhiyyə nazirlərinin sammitindən sonra Dünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb.

GOYEZEN.AZ


Geri qayıt