Əsas Səhifə > Gənclər > "Təcrübə üçün səfər et" layihəsi çərçivəsində gənclər Qazax Dövlət Yanğından Mühafizə Hissəsinə səfər ediblər

"Təcrübə üçün səfər et" layihəsi çərçivəsində gənclər Qazax Dövlət Yanğından Mühafizə Hissəsinə səfər ediblər


19-11-2021, 18:11


Qazax gəncləri Qazax Dövlət Yanğından Mühafizə Hissəsinə səfər ediblər. "Təcrübə üçün səfər et" layihəsi çərçivəsində reallaşan səfər zamanı Qazax Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət mayoru Nəsimi Nəsibov qurum, eləcə də, yanğınsöndürmə texnikaları və avadanlıqları barədə ətraflı məlumat verib. 

Hissənin əməkdaşları tərəfindən yanğınsöndürmə texnikaları və avadanlıqlarının əyani nümayişi və onlardan istifadə qaydaları haqqında verilən məlumat gənclər tərəfindən maraqla qarşılanıb.








GOYEZEN.AZ


Geri qayıt