Əsas Səhifə > Gənclər > "ƏdiblərimİZ" layihəsi çərçivəsində gənclərin növbəti görüşü təşkil olunub

"ƏdiblərimİZ" layihəsi çərçivəsində gənclərin növbəti görüşü təşkil olunub


26-10-2021, 15:36


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "ƏdiblərimİZ" layihəsi çərçivəsində gənclərin növbəti görüşü təşkil olunub. 

Görüşün bugünkü qonağı Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının üzvü, şair Səhlədar Hidayətoğlu olub.

 

Qonaq görüşdə iştirakçılara həyat və yaradıcılığı barədə məlumat verib, bir neçə şeirini səsləndirib.

Daha sonra müasir ədəbi proseslər, gənclərin ədəbiyyata marağı və mütaliənin vacibliyi haqqında diskussiya aparılıb.

Qeyd edək ki, şair S.Hidayətoğlu 1963-cü ildə Qazax rayonunun Alpout kəndində anadan olub. 1999-cu ildən AYB-nin üzvüdür. "Yeri, karvanım, yeri", "Hamını sevgi aldadır" və "Göylərə salam" şeir kitablarının müəllifidir.


 

GOYEZEN.AZ


Geri qayıt