Əsas Səhifə > Gənclər > Qazaxda 44 günlük Vətən müharibəsi və tarixi Zəfərin birinci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Qazaxda 44 günlük Vətən müharibəsi və tarixi Zəfərin birinci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib


5-10-2021, 16:41


Oktyabrın 5-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən 44 günlük Vətən müharibəsi və tarixi Zəfərin birinci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda keçirilən aksiyada 30-a yaxın şam ağacı əkilib.

İdarənin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin müəllim və idmançılarının iştirakı ilə baş tutan aksiyada torpaqlarımızın azadlığı uğrunda canından keçən igid Vətən oğullarına olan hörmət və ehtiram bildirilib, əziz xatirələri yad olunub.








 

GOYEZEN.AZ


Geri qayıt