Əsas Səhifə > Gənclər > "Sağlam OL" layihəsi çərçivəsində növbəti onlayn görüş keçirilib
"Sağlam OL" layihəsi çərçivəsində növbəti onlayn görüş keçirilib24-09-2021, 15:42 |
"Sağlam OL" layihəsi çərçivəsində növbəti onlayn görüş keçirilib. Tədbirin qonaqları Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Ailə problemləri şöbəsinin baş məsləhətçisi Nailə İbrahimova, AQUPDK-ın Xarici əlaqələr və protokol xidməti şöbəsinin əməkdaşı Hafiz Namazov və İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin şöbə müdirinin müavini Ülkər Camalova olub. "Sağlam həyat tərzi və zərərli vərdişlər" mövzusu ətrafında aparılan müzakirələrdə alkoqolizm və digər spirtli içkilərin gənclər üçün yaratdığı fəsadlar, patoloji xəstəliklər, narkotik maddələrin təsirləri və meydana gələn asılılıq dərəcələrindən bəhs edilib. Qeyd edək ki, görüş Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax, Qobustan və Qax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə keçirilib.
GOYEZEN.AZ Geri qayıt |