Əsas Səhifə > Gənclər > "Uğurlu karyera yolunda" layihəsinin ilk təlimi keçirilib

"Uğurlu karyera yolunda" layihəsinin ilk təlimi keçirilib


8-09-2021, 11:52


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Uğurlu karyera yolunda" layihəsinin ilk təlimi keçirilib. 

İnsan resurslarının idarə olunması mövzusunda baş tutan onlayn təlim "Zoom" platformasında reallaşıb.

"Xəzər GLX" gəmiqayırma və gəmi təmiri müəssisəsində İnsan resurslarının idarə olunması üzrə menecer vəzifəsində çalışan təlimçi Sevinc Qarakişiyevanın təqdimatında keçirilən təlim aşağıdakı başlıqları əhatə edib:

İşçi qüvvəsinin planlaşdırılması;

Namizədlərin axtarış kanalları;

CV/rezümelərin seçimi və analiz edilməsi;

Müsahibələrin həyata keçirilməsi;

Namizədlərin seçilməsi;

Adaptasiya.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.




 

GOYEZEN.AZ


Geri qayıt