Əsas Səhifə > Gənclər > "Gender bərabərliyinin kişilərə təsiri" mövzusunda onlayn təlim keçirilib

"Gender bərabərliyinin kişilərə təsiri" mövzusunda onlayn təlim keçirilib


30-06-2021, 23:25


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Bakı Dövlət Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən "Bərabər hüquqlarımız" layihəsi davam edir. 

Layihə çərçivəsində növbəti onlayn təlim "Gender bərabərliyinin kişilərə təsiri" mövzusunda "Zoom" platformasında keçirilib.

Gender təlimçisi Rəna Tahirovanın təqdimatında reallaşan təlim gender və cins anlayışları, gender streotipləri, genderin kişilərə təsiri, insan hüquqları - kimi başlıqları əhatə edib.

Rəna Tahirova təlimin sonunda gənclərin suallarını cavablandırıb.




GOYEZEN.AZ


Geri qayıt