Əsas Səhifə > Gənclər > “Ordumuz qürurumuzdur” başlığı altında vebinar keçirilib
“Ordumuz qürurumuzdur” başlığı altında vebinar keçirilib25-06-2021, 23:41 |
İyunun 25-də Qazax Rayon Gənclər və İdman İdarəsinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş "Ordumuz qürurumuzdur” başlığı altında vebinar keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov açaraq, tədbir iştirakçılarını salamlayıb, bugünkü görüşün məqsəd və əhəmiyyətindən danışıb. Sahib Namazov qeyd edib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Əsası hələ 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə Ümummilli Lider Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Ulu Öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yeritdiyi güclü daxili və xarici siyasət, Prezident kimi 18 illik fəaliyyəti dövründə qəbul etdiyi qərarlar, atdığı addımlar, sərgilədiyi diplomatik gedişlər Silahlı Qüvvələrimizin öz gücünü daha artırmış və bunun nəticəsində Şanlı Ordumuzun qüdrəti və qəlbi Vətən eşqi ilə dolub-daşan hərbçilərin, eləcə də hər bir azərbaycanlının monolit birliyi sayəsində Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində zəfər qazandı. Bu gün qalib ordunun əsgər və zabitləri bu tarixi günü qürur hissi ilə qeyd edirlər. Daha sonra Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində UGİM-nin məşqçi-müəllimi, ehtiyatda olan kapitan, "Vətən uğrunda”, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif edilmiş Müşfiq Eyyubov və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin psixoloqu Esmira Şıxməmmədova mövzu ətrafında geniş çıxış ediblər. Çıxışlarda Azərbaycan xalqının 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü böyük qürurla, ruh yüksəkliyi ilə qeyd etdikləri bildirilib. Dövlətimizin və xalqımızın güvən yeri olan Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanmaqla tarix yazdıqları vurğulanıb. Tarixi Qələbənin müəllifi olan Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə minnətdarlıq ifadə olunub.
GOYEZEN.AZ Geri qayıt |