Əsas Səhifə > Gənclər > Qazaxlı gənclər “Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən Damcılı mağara-düşərgəsində olublar
Qazaxlı gənclər “Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən Damcılı mağara-düşərgəsində olublar9-06-2021, 22:41 |
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "İrsimİZ" layihəsi çərçivəsində gənclər "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən Damcılı mağara-düşərgəsində olublar. Burada gənclərə Qazaxdakı 3 dünya əhəmiyyətli abidədən biri olan Damcılı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Avey dağının cənub-şərqində yerləşən Damcılı mağara düşərgəsi həm arxeoloji, həm də təbiət abidəsidir. Təbii çatlardan süzülən su damcılarına görə Damcılı mağarası adlanır. Bu ərazidə ilk dəfə 1953-1957-ci illərdə arxeoloq M.Hüseynov tərəfindən arxeoloji qazıntılar aparılıb. Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar edilib, iki minə yaxın alət tapılıb. Daha sonra gənclər qoruq ərazisində əyləncəli oyunlar oynayıb, Qarasu gölü ətrafında piknik ediblər.
GOYEZEN.AZ Geri qayıt |