Əsas Səhifə > Gənclər > "Bərabər hüquqlarımız" layihəsi çərçivəsində məişət zorakılığı mövzusunda növbəti onlayn görüş keçirilib
"Bərabər hüquqlarımız" layihəsi çərçivəsində məişət zorakılığı mövzusunda növbəti onlayn görüş keçirilib19-05-2021, 17:21 |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Bərabər hüquqlarımız" layihəsi davam edir. Layihə çərçivəsində növbəti onlayn görüş məişət zorakılığı mövzusunda keçirilib. Görüşün spikeri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə olub.
T.Hüseynzadə ölkəmizdə məişət zorakılığı halları ilə hüquqi müstəvidə aparılan mübarizə barədə ətraflı çıxış edib. Qeyd olunub ki, məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Görüşün sonunda gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |