Əsas Səhifə > Gənclər > Qazaxlı gənclər 18 May - Beynəlxalq Muzeylər Gününü qeyd ediblər

Qazaxlı gənclər 18 May - Beynəlxalq Muzeylər Gününü qeyd ediblər


18-05-2021, 18:48

18 may - Beynəlxalq Muzeylər Günüdür---------------------------------------------------

Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.
Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü "Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” mövzusuna həsr olunub.
1977-ci ildə ICOM-un təşəbbüsü ilə təsis edilən Beynəlxalq Muzeylər Gününün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Sosial fəaliyyətlər klubu"nun üzvləri də 18 May - Beynəlxalq Muzeylər Gününü qeyd ediblər. Bu münasibətlə bağlı Qazax Tarix-Diyarşünaslıq Muzeyi və M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində olublar.
Hər iki muzeydə gənclər eksponatlarla tanış olub, onlara muzeylərin əhatə etdiyi tarixi dövrlər və şəxsiyyətlər barədə ətraflı məlumat verilib.
Rayon rəhbərliyinin təşəbbüsü ilə Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan guşə ilə tanış olan gənclər həmin guşəni şəhidlərimizə olan hörmət və etiramın əyani göstəricisi kimi qeyd ediblər.  Şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.
Gənclər tarixi irsimizin öyrənilməsində və gələcək nəsillərə ötürülməsində əməyi olan bütün muzey işçilərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq

 

M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyi ilə tanışlıq





GOYEZEN.AZ


Geri qayıt