Əsas Səhifə > Gənclər > "Hüququm və qaydalarım" layihəsinə start verilib

"Hüququm və qaydalarım" layihəsinə start verilib


3-05-2021, 17:52


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Hüququm və qaydalarım" layihəsinə start verilib. 

Layihə çərçivəsində 3 May - Dünya Mətbuat Azadlığı Günü ilə əlaqədar "İnformasiya əldə etmək hüququ" mövzusunda ilk onlayn təlim Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasovun təqdimatında reallaşıb. 

 

S.Abbasov ilk olaraq əlamətdar günün tarixi barədə məlumat verib. Qeyd olunub ki, 1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü elan olunub.

Ötən müddətdə Azərbaycan dövləti azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması üçün zəruri addımlar atıb. 1998-ci il avqustun 6-da Azərbaycan Prezidentinin Fərmanı ilə mətbuat üzərində senzura fəaliyyəti ləğv olunub. 30 sentyabr 2005-ci ildə "İnformasiya əldə etmək haqqında" qanun qəbul olunub.

Onlayn təlimdə qanunun aşağıdakı başlıqları əhatə olunub:

İnformasiya əldə etmək azadlığı;

İnformasiya əldə olunmasının əsas prinsipləri;

Sənədin saxlanması, komplektləşdirilməsi və mühafizəsi;

İnformasiya sahibinin vəzifələri və s.

Sonda Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Elvira Əfəndiyeva mövzu ətrafında çıxış edib, gənclərin sualları cavablandırılıb.

 



 

GOYEZEN.AZ


Geri qayıt