Əsas Səhifə > Gənclər > "Gənc qazansın" layihəsinə start verilib

"Gənc qazansın" layihəsinə start verilib


30-04-2021, 15:21


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Bakı Dövlət Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Gənc qazansın" layihəsinə start verilib. 

Layihə çərçivəsində "Biznesin idarə edilməsi" mövzusunda ilk onlayn təlim aşağıdakı başlıqları əhatə edib:

Modern biznesdə faydalılıq;

Satış və sosial mühit;

Fərdi inkişafın biznesdə rolu. 

Qeyd edək ki, təlim ̇iqtisadi idarəetmə üzrə mütəxəssis, biznes konsultant Ənvər Yavəroğlunun təqdimatında reallaşıb.


 

GOYEZEN.AZ


Geri qayıt