Əsas Səhifə > Gənclər > Qazaxlı gənclər bu dəfə Azərbaycan ədəbiyyatında ilk roman olan "Bahadır və Sona"nı təhlil ediblər
Qazaxlı gənclər bu dəfə Azərbaycan ədəbiyyatında ilk roman olan "Bahadır və Sona"nı təhlil ediblər16-04-2021, 11:06 |
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Mədəniyyət klubu”nda növbəti kitab müzakirəsi keçirilib. Gənclər onlayn görüşdə bu dəfə Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanov tərəfindən 1896-1898-ci illərdə yazılmış və Azərbaycan ədəbiyyatında ilk roman olan "Bahadır və Sona"nı təhlil ediblər. Yazıçı romanda din, millət, mədəniyyət, mətbuat, ailə kimi məfhumlara münasibət bildirib. N.Nərimanovun burada əsas ideyası Vətən qayğısı, ictimai tələblər, mövhumatçılıq, müsəlman qadınlarının savadsızlığı kimi məsələlər idi. Müzakirələrdə qeyd olunub ki, Bahadır və Sonanın bədbəxt taleyi ictimai həyatın faciəsi idi. Burada iki gəncin nakam məhəbbəti ictimai fəlakətlərin mənbəyi olan burjua-mülkədar qayda-qanunları, ruhani cəhaləti fonunda qələmə alınıb.
GOYEZEN.AZ Geri qayıt |