Əsas Səhifə > Gənclər > Mədəniyyət klubu çərçivəsində qazaxlı gənclər bu dəfə türk şairi və yazıçısı Cahid Zərifoğlunun yaradıcılığını müzakirə ediblər

Mədəniyyət klubu çərçivəsində qazaxlı gənclər bu dəfə türk şairi və yazıçısı Cahid Zərifoğlunun yaradıcılığını müzakirə ediblər


8-04-2021, 18:02


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Mədəniyyət klubu”nun növbəti onlayn görüşü keçirilib.

Klub üzvləri budəfəki görüşdə türk şairi və yazıçısı Cahid Zərifoğlunun yaradıcılığını müzakirə ediblər. 1940-cı ildə Ankarada anadan olan ədib İstanbul Universitetinin ədəbiyyat fakültəsini bitirib. "Diriliş” dərgisində şeirləri çap olunub. 1976-cı ildə "Mavera” dərgisində redaktorluq edib. "İşarət Uşaqları", "Yeddi Gözəl Adam", "Mənzillər", "Qorxu və Yalvarış" şeirlərinin, "Savaş Ritimləri", Ana" romanlarının müəllifidir.

Görüşdə gənclərdən Şəbnəm Əkbərova, Gülçin Heydərova, Aytac İbrahimli, Jalə Mirzəyeva və Zeynəb Babayeva ədibin şeirlərini səsləndiriblər.





GOYEZEN.AZ


Geri qayıt