Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Bakı Dövlət
Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatının birgə
təşkilatçılığı ilə "Təhsilim" layihəsinə start verilib.
Layihə çərçivəsində
ilk onlayn təlim "İnkluziv cəmiyyətə gedən yol inkluziv təhsildən
keçir" mövzusunda keçirilib.
Təlim:
-
İnklüziv Təhsil anlayışının təsviri;
-
Hüquqi çərçivələr;
-
Azərbaycanda əlillik və inklüzivlik;
-
İnklüziv dəyərlər;
-
Əlillik nədir: Sosial və tibbi yanaşma;
-
Uşaqyönümlü pedaqogika kimi mövzuları əhatə edib.
Qeyd edək ki, 40-dan
artıq gəncin iştirak etdiyi onlayn təlim Gəncə Dövlət Universitetinin baş
müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Hacımuradovanın təqdimatında
reallaşıb.
GOYEZEN.AZ
Geri qayıt
|