Əsas Səhifə > Gənclər > Qazaxlı gənclər bu dəfə "Qılınc və qələm"i müzakirə ediblər

Qazaxlı gənclər bu dəfə "Qılınc və qələm"i müzakirə ediblər


1-04-2021, 19:32


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Mədəniyyət klubu”nda növbəti kitab müzakirəsi keçirilib.

Gənclər onlayn görüşdə bu dəfə Məmməd Səid Ordubadinin "Qılınc və qələm" əsərini təhlil ediblər. Yazıçının tarixi romanlarından sonuncusu olan bu əsərdə böyük Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılıb. 

Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanda iki qəhrəmana daha geniş yer verilib. Bunlardan biri Nizami, digəri isə Fəxrəddindir. Kitabda Nizaminin fikri-bədii təkamülündə rol oynayan şəxsiyyətlərin bədii surətləri də diqqəti cəlb edir.

Müzakirələrdə qeyd olunub ki, Ordubadi əvvəlki romanlarından fərqli olaraq daha uzaq keçmişdən bəhs etdiyindən bu əsəri üçün ətraflı tədqiqat işi aparıb. Kitab külli miqdarda tarixi, elmi, ədəbi mənbəyə istinadən yazılıb.

GOYEZEN.AZ


Geri qayıt