Əsas Səhifə > Gənclər > Qazaxda yeniyetmə və gənclər arasında “Novruz boxçası” başlığı altında onlayn fotomüsabiqə keçirilib

Qazaxda yeniyetmə və gənclər arasında “Novruz boxçası” başlığı altında onlayn fotomüsabiqə keçirilib


19-03-2021, 15:56


Qazax Rayon Gənclər və İdman İdarəsinin 2021-ci ilin birinci yarımili üçün təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, 15-18 mart tarixlərində yeniyetmə və gənclər arasında  "Novruz boxçası” başlığı altında onlayn fotomüsabiqə keçirilib.

Müsabiqədə Süleymanlı Coşqun Yalçın oğlu I, Əkbərova Lalə Nəsrəddin qızı II, Alməmmədova Məleykə Əkbər qızı III yerləri tutublar.

Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsinin hədiyyə və diplomları ilə təltif ediliblər.



 

GOYEZEN.AZ


Geri qayıt