Əsas Səhifə > Gənclər > "GələcəyimİZ" inkişaf proqramı çərçivəsində ikinci onlayn təlim keçirilib

"GələcəyimİZ" inkişaf proqramı çərçivəsində ikinci onlayn təlim keçirilib


13-03-2021, 20:50


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "GələcəyimİZ" inkişaf proqramı davam edir. 

Martın 13-də proqram çərçivəsində ikinci onlayn təlim - "Komanda ilə iş" təlimi keçirilib.

Peşəkar təlimçi Sona Tanrıverdiyevanın təqdimatında reallaşan təlim aşağıdakı mövzuları əhatə edib: 

- Komanda işi nədir?

- Komanda işi zamanı məhsuldarlığı və effektivliyi necə artırmalı?

- Komanda üzvləri arasında bərabər iş yükü və vəzifə bölgüsü;

- Komandanın rolu nədən ibarətdir?

- Effektivlik üçün bir-birini tamamlayan bacarıqlar;

- Komanda işinin prinsipləri;

- Komanda yaratmağın 5 qızıl qaydası;

- Effektiv komanda işinin sirri.

Məlumat üçün qeyd edək ki, "GələcəyimİZ" inkişaf proqramı çərçivəsində mart ayında daha 2 təlim keçiriləcək. Proqramı uğurla başa vuran gənclər Sertifikatla təltif olunacaq.


GOYEZEN.AZ


Geri qayıt