Əsas Səhifə > Gənclər > Qazaxlı gənclər Mikayıl Müşfiq yaradıcılığını müzakirə ediblər

Qazaxlı gənclər Mikayıl Müşfiq yaradıcılığını müzakirə ediblər


11-03-2021, 18:16


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Mədəniyyət klubu”nun növbəti onlayn görüşü keçirilib.

Klub üzvləri budəfəki görüşdə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin həyat və yaradıcılığını müzakirə ediblər. Ölməz şairin yaradıcılığından, onun əsərlərinin yeni məna çalarlarından danışıblar.

Müzakirələrdə qeyd olunub ki, Azərbaycan ədəbiyyatı tarixində Mikayıl Müşfiqin özünəməxsus yeri vardır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xidmətləri olan görkəmli şair Mikayıl Müşfiqin yaradıcılığı bundan sonra da daim öyrəniləcəkdir. Sevgi və gözəlliyinin tərənnümü ilə daha çox tanınan M.Müşfiq şeirlərində, həmçinin sosial-mədəni məsələlər üzrə fikirlərini də dilə gətirib.

Görüşdə gənclərdən Aytac İbrahimli, Jalə Mirzəyeva, Zeynəb Babayeva və Lətafət Lətifova ədibin şeirlərini səsləndiriblər.


GOYEZEN.AZ


Geri qayıt