Əsas Səhifə > Gənclər > "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin kollektivi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər
"Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin kollektivi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər12-02-2021, 16:56 |
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------
İftixaredici haldır ki, 2020-ci il Azərbaycan xalqının yaddaşına şərəfli və qürurlu, qələbələrlə, zəfərlərlə zəngin bir il kimi yazıldı. Azərbaycan dövləti Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli liderliyi, xalqımızın milli birliyi–həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində haqq - ədaləti bərpa edib, uzun illərin həsrətinə son qoydu. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından təmizlədi. 44 günlük Vətən müharibəsində ordumuzun şanlı qələbəsi dünyaya bir daha sübut etdi ki, Azərbaycan xalqı öz əzəli torpaqlarına sahib çıxmaq iqtidarındadır və bu yolda bizi heç bir qüvvə dayandıra bilməzdi. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin kollektivi də 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin xatirəsini yad ediblər. İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan igid Vətən oğullarından kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, əsgər Qasımov Oruc Afiq oğlunun və əsgər Nəsibov Elməddin Yusif oğlunun məzarlarını ziyarət edərək tər qərənfillər düzüb, şəhidlərimizi ehtiram və hörmətlə anıblar. Şəhidlərimizi yad etməyin hər birimizin vəzifə borcu olduğunu, gənclər olaraq şəhidlərimizin xatirələrini hər zaman əziz tutacaqlarını söyləyiblər. "Vətən uğrunda” medalı və 3-cü dərəcəli "Rəşadət” ordeni ilə təltif olunmuş Aşağı Əskipara kənd sakini, şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun məzarı
"Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Qazax şəhər sakini, şəhid gizir Abdullayev Sərxan Elxan oğlunun məzarı
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Aşağı Əskipara kənd sakini, şəhid əsgər Qasımov Oruc Afiq oğlunun məzarı
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Ağköynək kənd sakini, şəhid əsgər Nəsibov Elməddin Yusif oğlunun məzarı
GOYEZEN.AZ Geri qayıt |