Əsas Səhifə > Gənclər > Qazaxda 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib

Qazaxda 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib


19-01-2021, 19:21


Yanvarın 19-da "Qazax Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.

Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov videokonfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, 20 Yanvar faciəsinin ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərən bir hadisə olduğunu qeyd edib.         

Sonra 20 Yanvar şəhidlərinin, eyni zamanda, Vətən, xalq uğrunda canını, qanını, azad gələcək naminə gələcəyini fəda etmiş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Gənclər Evinin direktoru Vüsal Hüseynov çıxışı zamanı Azərbaycan tarixinə "Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən 31 il keçdiyini, keçmiş Sovet Ordusunun insanlığa qarşı törətdiyi ən ağır cinayətlərdən biri kimi tarixdə qalacağını vurğulayaraq, gəncləri bu faciəni unutmamağa və bütün dünyaya çatdırmaqda hər zaman aktiv olmağa çağırıb. Gələcəkdə də Vətən uğrunda, müstəqil Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş hər bir şəhidimizi tanımaq və tanıtdırmaq üçün səylə çalışmağa səsləyib.

Qazax Gənclər Evinin fəal könüllüsü Nigar Alməmmədli çıxış edərək ümummilli lider Heydər Əliyevin həmişə olduğu kimi o ağır günlərdə də xalqla bərabər olduğunu, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz etiraz səsini ucaltdığını və 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildiyini, Ulu Öndərin bu hadisəni tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirdiyini qeyd edib.

 

GOYEZEN.AZ


Geri qayıt