Əsas Səhifə > Gənclər > “Qohum evliliklərin mənfi nəticələri” mövzusunda təlim keçirilib
“Qohum evliliklərin mənfi nəticələri” mövzusunda təlim keçirilib23-12-2020, 17:02 |
Dekabrın 23-də "Qazax Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən "Qohum evliliklərin mənfi nəticələri” mövzusunda təlim keçirilib. "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov giriş sözü ilə çıxış edərək təlimin məqsədindən və gənclər üçün əhəmiyyətindən danışıb. Qazax Gənclər Evinin psixoloqu Fatma Rəhimova çıxış edərək qohum evliliklərin növləri, səbəbləri, bu nigah nəticəsində yaranan irsi və digər xəstəliklərdən, qohum evliliklərin gənclər arasında yaratdığı psixoloji problemlərdən və onların həlli yollarından danışaraq təlim iştirakçılarını məlumatlandırıb. 18 nəfərin qatıldığı təlimdə gənclərin ünvanladığı suallar ətraflı şəkildə cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |