Əsas Səhifə > Gənclər > Qazaxda “Əlillərin sosial müdafiəsi” mövzusunda vebinar keçirilib
Qazaxda “Əlillərin sosial müdafiəsi” mövzusunda vebinar keçirilib3-12-2020, 16:14 |
Hər il dekabrın 3-də Beynəlxalq Əlillər Günü bütün dünyada qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi - ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. Əlilliyi olan şəxslərin maddi və mənəvi təminatlarının gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası, ictimai həyatın bütün sahələrində fəal iştirak imkanlarına malik olması Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir.
Bu gün "Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin və Qazax Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr edilmiş vebinarda da bu haqda söhbət açılıb. "Əlillərin sosial müdafiəsi” mövzusunda keçirilən vebinarda 19 nəfər iştirak edib. Vebinarı giriş sözü ilə Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov açaraq 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə təbriklərini çatdırıb. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycanda əlillərə göstərilən dövlət dəstəyindən söz açıb. Daha sonra Qazax Rayon Əlillər Cəmiyyətinin sədri Rafiq Hətəmov, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, gənc əlil Əfsanə Namazova və Qazax Gənclər Evinin psixoloqu Fatma Rəhimova mövzu ətrafında çıxış ediblər.
GOYEZEN.AZ Geri qayıt |