Əsas Səhifə > Gənclər > “Pandemiya dövründə tələbə gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətləri” mövzusunda vebinar keçirilib
“Pandemiya dövründə tələbə gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətləri” mövzusunda vebinar keçirilib20-08-2020, 22:23 |
Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsi, Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "Pandemiya dövründə tələbə gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətləri” mövzusunda vebinar keçirilib.
Vebinarı giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev açaraq Pandemiya dövründə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində Gənclər və İdman İdarəsi tərəfindən həyata keçirilən seminarlar, müsabiqələr və psixoloji təlimlər haqqında vebinar iştirakçılarına məlumat verib. Respublikamızda, həmçinin rayonumuzda həyata keçirilən bütün tədbirlərin gənclərin hərtərəfli inkişafına xidmət etdiyini vurğulayıb.
Bakı Dövlət Universitetinin Qazax filialının dekanı, pedoqogika üzrə fəlsəfə doktoru Hamlet İlyasov çıxış edərək Pandemiya dövründə gənclərə fiziki tərbiyə ilə məşğul olmağı tövsiyə edib, fiziki inkişafın sağlamlaşma ilə yanaşı, həm də gənclərin mənən formalaşmasına xidmət etdiyini vuğulayıb. Vebinarda Qazax "Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətlənmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri Qənirə Musayeva, Zəminə Quliyeva, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri Tutu Qocayeva, Gülnarə Qasımova, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüsü Şəhadət Abbasov mövzu ətrafında geniş çıxış ediblər. Vebinara ümumilikdə 50 nəfər qatılıb.
GOYEZEN.AZ Geri qayıt |