Əsas Səhifə > Gənclər > Qazaxda “COVID-19 pandemiyası ilə mübarizə hər birimizin işidir” başlığı altında videokonfrans keçirilib

Qazaxda “COVID-19 pandemiyası ilə mübarizə hər birimizin işidir” başlığı altında videokonfrans keçirilib


29-07-2020, 23:48

 

Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax "Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən "COVID-19 pandemiyası ilə mübarizə hər birimizin işidir” başlığı altında onlayn videokonfrans keçirilib.

50-dən çox iştirakçının qatıldığı videokonfransda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlərdən söz açılıb.

 

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev videokonfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, ölkə başçısı İlham Əliyevin qətiyyətli qərarları və dəstəyi nəticəsində ölkəmizdə COVID-19 pandemiyasının təsir göstərə biləcəyi sahələrin ciddi nəzarətə götürüldüyünü bildirib. Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə əməl olunması üçün Qazaxda da məqsədyönlü işlər görüldüyünü qeyd edib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında bir neçə mobil qrupun yaradıldığını və vətəndaşlar arasında maarifləndirmə işinin yüksək səviyyədə aparıldığını vurğulayıb.


"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova, Qazax Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin həkimi  Nərgiz Yusifova çıxış edərək COVID-19 virusunun insan orqanizmində yarada biləcəyi fizioloji problemlər, yoluxma yolları və virusdan qorunma üsulları haqqında videokonfrans iştirakçılarına ətraflı məlumat veriblər.

Videokonfrans iştirakçılarından Qazax "Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətlənmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Qazax "Gənclər evi” sosial xidmət müəssisəsinin könüllüsü Zeynəb Babayeva da mövzu ətrafında çıxış edərək fikirlərini bölüşüblər.

 


 




 

GOYEZEN.AZ


Geri qayıt