Əsas Səhifə > Gənclər > Qazaxda “Karantin qaydalarına biganə qalan vətəndaşlar xalqın genefonduna zərbə vururlar” şüarı altında maarifləndirici təbliğat aksiyası keçirilib

Qazaxda “Karantin qaydalarına biganə qalan vətəndaşlar xalqın genefonduna zərbə vururlar” şüarı altında maarifləndirici təbliğat aksiyası keçirilib


23-07-2020, 21:03

"Qazax Avtovağzal” ASC

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən yerlərdə karantin qaydalarına əməl etməyən vətəndaşlara qarşı ictimai qınaq kampaniyasının keçirilməsi məqsədilə təşkil olunan maarifləndirici tədbirlər davam etdirilir. 
Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax "Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "Karantin qaydalarına biganə qalan vətəndaşlar xalqın genefonduna zərbə vururlar” şüarı altında maarifləndirici təbliğat aksiyası keçirilib.           
Aksiya çərçivəsində könüllülərdən ibarət olan 5 qrupun iştirakı ilə şəhərin Heydər Əliyev prospekti boyunca vətəndaşlara tibbi maskalar paylanılıb, maarifləndirici söhbətlər aparılıb.

 "Qazax Avtovağzal” ASC

"Kapital Bank" ASC Qazax filialı 

"Beynəlxalq Bank"ın Qazax filialı

Mərkəzi bazar


GOYEZEN.AZ


Geri qayıt