Əsas Səhifə > Gənclər > Qazaxda “Əsas Həyat Bacarıqları” layihəsinin ilk proqramı çərçivəsində onlayn təlimlərə start verilib
Qazaxda “Əsas Həyat Bacarıqları” layihəsinin ilk proqramı çərçivəsində onlayn təlimlərə start verilib30-06-2020, 17:48 |
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi "Əsas Həyat Bacarıqları” layihəsinin ilk proqramı çərçivəsində onlayn təlimlərə start verib. Bu gün "Zoom” proqramı vasitəsilə keçirilən vebinarın mövzusu "Şəxslərarası effektivlik” olub. Vebinar ərzində iştirakçılar "Şəxslərarası effektivliy”in vacib elementləri ilə tanış olublar. "Sərhədlər” barəsində də öyrənən gənclər özlərinə xas olan şəxsi "sərhədlər”i araşdıraraq müəyyənləşdiriblər. Həmçinin, "yox” deməyin müxtəlif yolları ilə bağlı beyin həmləsi gerçəkləşdiriblər. İştirakçılar son olaraq sağlam "sərhədlər” müəyyən etməklə "yox” deməyi təcrübədən keçiriblər. 18-24 yaş kateqoriyasına aid gənclərin iştirak etdiyi vebinar Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Elmar Rzalı tərəfindən keçirilib. Gənclərin şəxsi inkişafına müsbət təsir edəcək bu layihə UNICEF və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə reallaşır. Qeyd edək ki, gənclər layihə ərzində ümumilikdə 16 təlimdə iştirak edə biləcəklər. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
GOYEZEN.AZ Geri qayıt |