Ölkə Prezidenti İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən Azərbaycan
Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) vətəndaşlar arasında başlatdığı "Bir-birimizi
qoruyaq” adlı sosial kampaniya çərçivəsində aparılan
maarifləndirmə tədbirləri uğurla davam edir. Əsas məqsədi
xüsusi karantin rejimi müddətində vətəndaşların kütləvi toplaşdığı
yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər
arasında ictimai maarifləndirmə işi aparmaq, cəmiyyətin sağlamlığını qorumaq
olan bu aksiya sakinlər tərəfindən də razılıqla qarşılanır.
"Bir-birimizi qoruyaq” kampaniyasına qoşulan Qazax Gənclərin
İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i maarifləndirmə
işlərini ilk gündən müvəffəqiyyətlə yerinə yetirirlər.
Kampaniya çərçivəsində gənclər bu dəfə əhalinin
kütləvilik təşkil etdiyi "Azərpoçt”
MMC-nin Qazax Poçt filialında vətəndaşlar arasında maarifləndirmə işləri
aparıb, əllərini dezinfeksiya etdikdən sonra onlara maskalar paylayıblar.
"Gənc Könüllülər” Prezident İlham Əliyevin tibbi maskadan istifadə etməsini, eləcə də maska
taxmağın vacibliyi haqqında söylədiyi fikirləri bir daha vətəndaşların
diqqətinə çatdırıblar. Gənclər sakinləri öz
şəxsi məsuliyyətlərini hiss etməyə, Operativ Qərargahın xüsusi
karantin rejimi qaydaları ilə bağlı tələb
və tövsiyələrinə əməl etməyə çağırıblar.
GOYEZEN.AZ
Geri qayıt
|