Respublikamızın hər yerində olduğu
kimi, Qazaxda da ölkə Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il
tarixli Sərəncamı ilə təsdiq edilmiş ”Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”
Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir.
Bu gün Dövlət Proqramının
həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planının 5.7.5-ci (Gənclər arasında könüllülük fəaliyyətinin
daha geniş təşviq edilməsi) bəndinin icrasının təmin edilməsi məqsədilə "Pandemiya
dövründə Könüllülük hərəkatı" başlığı altında onlayn görüş keçirilib.
Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən
təşkil olunan onlayn görüşdə tələbə könüllülər iştirak edib. Tədbirə
ümumilikdə 41 nəfər qatılıb.
Onlayn
görüşü giriş sözü ilə açan Qazax Rayon Gənclər
və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev pandemiya dövründə gənc
könüllülərin fəaliyyəti haqqında geniş məlumat verib. Ölkə Prezidenti İlham
Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun gənclərə, xüsusilə də könüllü gənclərə
göstərdikləri diqqət və qayğıdan danışıb. V.Nəbiyev həmin qayğıdan ruhlanan
gənclərin pandemiya dövründə yüksək fəallıq nümayiş etdirdiklərini bildirib.
Qazax
"Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini
Sahib Namazov, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə
Hüseynova, Qazax Dövlət Sosial-İqtisadi
Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər
Təşkilatının sədri Elvira Əfəndiyeva, Qazax Rayon Gənclər və İdman İdarəsinin
könüllüsü Şəhadət Abbasov və Regional İnkişaf İctimai Birliyinin (RİİB) könüllüsü
Ülvi Zeynalov çıxış edərək koronavirus (COVID-19) infeksiyasının geniş
yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi
altında ölkəmizdə həyata keçirilən tədbirlərdən, o cümlədən gənc könüllülərin
həmin tədbirlərdə fəal iştirakından söz açıblar.
GOYEZEN.AZ
Geri qayıt
|