Əsas Səhifə > Gənclər > Qazaxda “Gənc Könüllülər” Ramazan bayramı münasibətilə aztəminatlı ailələri ziyarət ediblər

Qazaxda “Gənc Könüllülər” Ramazan bayramı münasibətilə aztəminatlı ailələri ziyarət ediblər


26-05-2020, 10:27


Müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təşəbbüsü ilə Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i aztəminatlı ailə və tənha yaşayan ahıl vətəndaşları ziyarət edib, onlara bayram sovqatı çatdırıblar.

Gənclər Ramazan ayının ehtiva etdiyi yardımlaşma, xeyirxahlıq və həmrəylik kimi xüsusiyyətləri bu aksiya ilə bir daha nümayiş etdiriblər. Onlar COVID-19 pandemiyasının davam etdiyi dövrdə məhz birlikdə və məsuliyyətli olmaqla bütün çətinlikləri arxada qoyacağımızı bildiriblər.


GOYEZEN.AZ


Geri qayıt