Əsas Səhifə > Gənclər > Qazaxda "Gənc Könüllülər" Böyük Vətən Müharibəsi iştirakçılarını ziyarət ediblər

Qazaxda "Gənc Könüllülər" Böyük Vətən Müharibəsi iştirakçılarını ziyarət ediblər


9-05-2020, 18:04


Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları və "Gənc Könüllülər"i 9 May - Faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə müharibə veteranlarını ziyarət ediblər.

Gənclər İkinci Dünya Müharibəsində iştirak etmiş Qazax şəhər sakini Xanqulu Süleymanova, Aşağı Əskipara kənd sakini Hümbət Alıyevə və Daş Salahlı kənd sakini Abbas Şərifova baş çəkiblər.

Onları bayram sovqatı ilə təbrik edən gənclər bu tarixi qələbədə göstərdikləri şücaətə görə öz minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda həmsöhbət olaraq həmin qəhrəmanlıq səhifələrini müharibənin canlı şahidlərindən dinləyiblər.

Veteranlarımız isə göstərdikləri diqqət və qayğıya görə gənclərə öz təşəkkürlərini bildiriblər.

Böyük Vətən Müharibəsi iştirakçısı Abbas Şərifov




Böyük Vətən Müharibəsi iştirakçısı Hümbət Alıyev


Böyük Vətən Müharibəsi iştirakçısı Xanqulu Süleymanov




GOYEZEN.AZ


Geri qayıt