Əsas Səhifə > Gənclər > Qazaxda ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Ən böyük Azərbaycanlı" başlığı altında videokonfrans keçirilib

Qazaxda ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Ən böyük Azərbaycanlı" başlığı altında videokonfrans keçirilib


7-05-2020, 15:43


Mayın 6-da Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Ən böyük Azərbaycanlı" başlığı altında videokonfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək ümummilli liderin həyat və fəaliyyətindən, ölkəmizə rəhbərliyi dövründə gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, izi tarixlərdə, özü ürəklərdə yaşayan ulu öndər bizə elə bir miras qoyub ki, o mirasın adı Azərbaycandır. Həm də ümummilli liderin şah əsəri olan müstəqil Azərbaycan. V.Nəbiyev vurğulayıb ki, dahi şəxsiyyətin atdığı hər addım Azərbaycanı ucaldan bir mərhələ oldu. Keçdiyi şərəfli ömür yolu bu gün hər kəsə örnəkdir. O, bu gün Azərbaycanın etibarlı əllərdə olduğunu, ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin günbəgün abadlaşdığını, iqtisadiyyatımızın inkişaf etdiyini, ordumuzun gücləndiyini, ən əsası Azərbaycanın regionun ən güclü dövlətinə çevrildiyini bir daha diqqətə çatdırıb.


Sonra videokonfrans iştirakçılarından Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı, Gənclər Birliyinin sədri Kənan Hüseynov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva,Regional İnkişaf İctimai Birliyinin könüllüsü, fəal gənc Ülvi Zeynalov və başqaları ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin siyasi rəhbərliyi dövründə gənclərə göstərdiyi diqqət və qayğıdan, ölkəmizin çiçəklənməsi naminə göstərdiyi misilsiz xidmətlərdən danışıblar.

Ümumilikdə videokonfransda 39 nəfər iştirak edib.





 

GOYEZEN.AZ


Geri qayıt