Əsas Səhifə > Gənclər > "Əsas Həyat Bacarıqları" layihəsi çərçivəsində üçüncü təlim keçirilib
"Əsas Həyat Bacarıqları" layihəsi çərçivəsində üçüncü təlim keçirilib13-02-2020, 19:55 |
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində "Əsas Həyat Bacarıqları" ("Basic Life Skills") layihəsinin ilk proqramı uğurla davam edir. Təlimin üçüncü mövzusu "Müsbət düşünmə” olub. Bu sessiyada iştirakçılar optimizm və pessimizm arasındakı fərqi, düşüncələrin emosiyalara necə təsir etməsini, düşüncələrə heç də həmişə inanmamağı, müxtəlif düşüncə tələlərini, təhriflərini, eləcə də mənfi düşüncələri müsbət və ya neytral düşüncəyə çevirmək metodlarını öyrəniblər. 18-24 yaş kateqoriyasına aid 16 nəfər gəncin iştirak etdiyi təlim Qazax GİKM-in əməkdaşı Elmar Rzalı tərəfindən keçirilir. Mingəçevir Gənclər Evinin psixoloqu Seymur Səfərəliyev supervayzer qismində təlimə qatılıb. Gənclərin şəxsi inkişafına müsbət təsir edəcək bu layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə tərəfdaşlığı, Qazax GİKM-in təşkilatçılığı ilə reallaşır. Qeyd edək ki, gənclər layihə ərzində ümumilikdə 16 təlimdə iştirak edə biləcəklər. Layihə 2 ay müddətində davam edəcək və iştirakçılara sonda sertifikatlar təqdim olunacaq.
GOYEZEN.AZ Geri qayıt |