Əsas Səhifə > Gənclər > "Kitab klubu"nda növbəti görüş olub

"Kitab klubu"nda növbəti görüş olub


12-02-2020, 21:50


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəzdində fəaliyyət göstərən "Kitab klubu" növbəti dəfə toplanıb. Bugünkü görüşdə gənclər Albert Kamyunun "Yad" əsərini müzakirə ediblər.

Kamyu deyincə, ədəbiyyat sahəsində ilk ağlagələn, onun 1942-ci ildə nəşr olunmuş "Yad" əsərinin mövzusu çox sadədir. Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adını belə öyrənə bilmirik. Romanın qəhrəmanı həyata və öz fəaliyyətinə yadlaşıb. Buradakı yadlaşma Kamyunun məşhur "absurd” fəlsəfəsindən doğur.

Kitabsevərlər növbəti görüşdə ədəbiyyat üzrə Nobel mükafatı laureatı, norveçli yazıçı Knut Hamsunun "Aclıq" romanının müzakirə olunmasını planlaşdırıblar.


 

GOYEZEN.AZ


Geri qayıt