Əsas Səhifə > Gənclər > Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəzdində "Kitab klubu" təsis olunub

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəzdində "Kitab klubu" təsis olunub


13-01-2020, 19:41


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəzdində "Kitab klubu" təsis olunub.

Klubun yaradılmasında məqsəd region gəncləri arasında ədəbiyyata, kitaba, mütaliəyə marağın artırılmasıdır.

Tədbirdə gənclər kitab oxumağın faydalarından danışıblar. Bildirilib ki, mütaliə bizim düşüncə qabiliyyətimizi inkişaf etdirir, söz xəzinəmizi artırır, dünyaya və ictimai-sosial hadisələrə baxış şəklimizi dəyişdirir, doğru qərarlar verib seçimlər etməyimizə kömək edir.

Müzakirələr aparıldıqdan sonra fəal gənc Aytac İbrahimova "Kitab klubu”na sədr, gənc şair Elmir Həsənov isə müavin seçilib.

Gənc yazarların tanıdılması, eləcə də həmin müəlliflərin kitab təqdimatlarının həyata keçirilməsi, müxtəlif ədəbi mövzularda diskussiya aparılması, həmçinin, şair və yazıçılarla mütəmadi görüşlərin keçirilməsi "Kitab klubu”nun əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.

"Kitab klubu”nun növbəti görüşündə Qurban Səidin dünyaca məşhur "Əli və Nino” əsərinin müzakirə olunması qərara alınıb.




GOYEZEN.AZ


Geri qayıt